"Araz-Naxçıvan"ın sabiq legoneri İsmail Azzaui 7 aydan sonra özünə klub tapıb.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.
Əslən Mərakeşdən olan belçikalı oyunçu "Omoniya"ya keçib.
İsmail Azzaui 2023/2024 mövsümündə "Araz-Naxçıvan"ın formasını geyinib.