Medallar uğrunda mübarizənin mərkəzində dayanan "Araz-Naxçıvan"ın yeni transfer hədəfi məlum olub.
Premyer Liqanın qış fasiləsinə ikinci pillədə çıxan Muxtar Respublika təmsilçisi Alan Lima Kariusa dəvət göndərib.
Hazırda Səudiyyə Ərəbistanının birinci liqa təmsilçisi “Əl-Ədalah”da çıxış edən braziliyalıya 6 aylıq müqavilə təklif olunub.
Cənubi amerikalı legionerin ərəblərlə müqavilə müddəti 2025-ci il iyulun 5-nə qədərdir.
Lakin o, bu ölkəyə uyğunlaşmaqda çətinlik çəkir. Üstəlik, ailəsi də mühiti dəyişməkdən ötrü Alana təzyiq göstərir.
“Əl-Ədalah” rəhbərliyi bütün bunlardan xəbərdardır və təzminat almadan 27 yaşlı yarımmüdafiəçi ilə vidalaşmağa hazırdırlar.
Sadəcə, «Araz-Naxçıvan» səbəbkarın müqavilə şərtlərini yerinə yetirməlidir. «Sambaçı» isə onlardan 15 min dollar əməkhaqqı tələb edir.
“Vasko da Qama”nın yetirməsi peşəkar karyerasına “Volta Redondo”da başlayıb. “LASK Linz”, “Vila Nova”, “Sankt-Pölten”, “Kasımapaş”, “Tuzlaspor”, “Kyoto Sanqa” və “Əl-Najma” kimi klublarda çıxış edib.
SPORTİNFO.AZ