Dekabrın 25-də ölkəmiz adına baş verən təyyarə faciəsinə ölkəmizdə top qovam legionerlər biganə qalmayıb.
Premyer Liqanın əcnəbiləri hazırda vətənlərində istirahət etmələrinə baxmayaraq, sosial şəbəkə hesablarında başsağlığı paylaşımları ilə diqqət çəkiblər.
Əsasən poster paylaşan xaricilərdən fərqli, “Araz-Naxçıvan”ın hücumçusu faciəyə daha həssas yanaşıb.
Ramon Maçado “instagram” hesabının “hekayə” bölməsində dekabrın 26-da ölkəmizdə elan olunan sükutun Heydər Əliyev Beynəlxalq Aeroportunda yaşanan görüntülərinin videosunu təqdim edib.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində keçirdiyi qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN