Premyer Liqada “Qarabağ”ın ən yaxın izləyicisi olan “Araz-Naxçıvan”da ciddi dəyişikliklər baş verməyəcək.
Baş məşqçi Elmar Baxşıyev qış fasiləsində hansısa futbolçunun və ya futbolçuların göndərilməsini istəmir. Heyətin geniş olmaması təcrübəli çalışdırıcını işini ehtiyatlı tutmağa məcbur edir.
Əsas komandada görməyə alışdıqlarımız azı mövsümün sonuna qədər burada qalacaq.
Əəsasən əvəzedici heyətdə çıxış edib, əsas komandanın məşqlərində iştirak edənlərdən kimlərsə gedə bilər. Təbii ki, sərfəli təklif olarsa.
Yenilənməyə gəlincə, cəmi bir nəfərin transferi nəzərdə tutulub.Hazırda bu yöndə axtarışlar, daha doğrusu seçimlər davam etdirlir.
Baxşıyev hücumun sivri ucunda və ikinci hücumçu funksiyasını daşıya bilən forvardın xidmətində maraqlıdır. Yaxın 10-15 gün ərzində bununla bağlı məlumat veriləcək.
Bildirək ki, “Araz-Naxçıvan” qış hazırlığını yanvarın 5-də Bakıda bərpa edəcək. “Qırmızı-ağlar” yanvarın 8-də əvəzedici komanda, ayın 11-də “Səbail”lə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.
HƏBİB / SPORTİNFO.AZ