«Araz Naxçıvan»ın baş məşqçisi Elmar BAXŞIYEV 2 futbolçudan üz çevirib.
Premyer Liqanın uğurlu iştirakçısının çalışdırıcısı Bayraməli Qurbanovla Vüsal Şabanovu düşərgədə saxlamağa lüzum görməyib.
Mütəxəssis komandanın qapılarını onların üzünə bağlayıb.
Səbəb adlarını çəkdiyimiz yarımmüdafiəçi və qapıçının özlərini qeyri-peşəkar aparmasıdır.
Muxtar Respublika təmsilçisi bu cütlüyü icarəyə verməyə hazırdır. Real müştəri ortaya çıxmasa, mövsümün qalan hissəsini əvəzedici heyətdə keçirməli olacaqlar.
SPORTİNFO.AZ