COP29

“Məyusuq, ancaq başımızı dik tuturuq” – “Qarabağ”a uduzan

24 Dekabr 17:00 Araz-Naxçıvan 253
“Məyusuq, ancaq başımızı dik tuturuq” – “Qarabağ”a uduzan

“Qarabağ”ın hansı səviyyədə olduğunu bilirik.

Bizim üçün asan olmayacağı məlum idi”.

“Araz-Naxçıvan”ın bosniya və hersoqovinalı yarımmüdafiəçisi Miço Kuzmanoviç Sportinfo.az-a açıqlamasında komandasının əsas rəqibi ilə oyundakı məğlubiyyətini şərh edib.

“Köhlən atlar” hər iki hissədə bir qol vurmaqla yekunda 2:0-lıq qələbəyə sevindi.

Bununla da liderlə ikinci yerin sahibi arasındakı xal fərqi 8-ə yüksəldi.

Miço ustalıq səviyyəsinin həlledici rol oynadığını etiraf edib:

“Fikrimcə, pis oynamadıq. Qol imkanlarımız oldu, üstəlik, qol da vurduq. Hesaba alınmayan qol haqda danışmaq istəmirəm.

Çünki təkrara baxmaq lazımdır.Güclü rəqibə uduzduq.

“Qarabağ” təcrübəsi hesabına lazım olan qolları vurdu. Düzdür, bir az məyusuq,

ili ardıcıl iki yenilgi ilə başa vurduq. Ancaq yenə də başımızı dik tuturuq. Çünki futbol yarımilini yüksək səviyyədə keçirdik”.

18-ci turdan sonra lider “Qarabağ” 47 xalla 1-ci, “Araz-Naxçıvan” 39 xalla 2-cidir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Dekabr 14:40 Bacıoğlu da getdi…
24 Dekabr 03:20 Bizimkilər ilk dəfə...