“Komandamızda 5 braziliyalı və 2 portuqaliyalı var.
Onlara görə gəldiyim vaxtdan uyğunlaşma baxımından problem yaşamadım”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Bernardo Dias deyib.
“Berni” ləqəbli portuqaliyalı legioner yaydan etibarən çıxış etdiyi ölkəmizdə özünü qərib kimi hiss eləmədiyini söyləyib:
“Əlbəttə, eyni dildə danışmağımız böyük üstünlükdür. Xüsusən irəli xətdə çoxluq təşkil etməyimiz yaxşı haldır.
Hücumlar zamanı danışırıq, anlaşma səviyyəsi yüksək olur. Biz yaxşı komandayıq, bir-birimizlə mehribanıq.
“Araz”da yerlilərlə kənarda gələnlər arasında fərq qoyulmur. Uğurlu mövsüm keçirməyimizin əsas səbəblərindən biri olaraq bunu mütləq qeyd edərdim”.