“Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri Premyer Liqaının XVII turunun “Sabah”la ev matçında 0:1 hesabı ilə uduzublar.
Naxçıvan təmsilçisi son dəfə avqustun 2-də “Qarabağ”a 1:4 hesabı ilə məğlub olmuşdu. 134 gündən sonra uduzan komanda bu müddətdə keçirdiyi 15 qarşılaşmada 12 qələbə qazanıb və 3 heç-heçə edib.
Klub tarixinin rekorduna imza atan “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ardıcıl ən azı 15 oyunda uduzmayan 13-cü komanda olub. Bu, 37-ci belə seriyadır.
"Araz-Naxçıvan" hazırda 39 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.