COP29

Hər şey var, bir hücumçu da transfer olunsa…

16 Dekabr 19:00 Araz-Naxçıvan 347
Hər şey var, bir hücumçu da transfer olunsa…

rluq uğurlu seriya bitdi.

«Araz-Naxçıvan»ın məğlubiyyətsizlik «zəncir»i Mərdəkanda qırıldı.

Bu, «Sabah»la ev qarşılaşmasında Coy-Lens Mikelsin yeganə qoluyla rəsmiləşdi.

«Araz» mövsümün ən yaxşı əsərlərindən birini burada «tamaşaya qoydu».

Əla oynadılar.

Üstün oynadılar.

Qələbədən doymayan 11 nəfər kimi oynadılar.

Bir epizodda 3 real qol imkanı əldə etdilər, top qapı torunu tapmadı. Bu, nadir hadisələrdən biridir. Onu da Elmar Baxşıyev və komandası yaşadı.

Eyib etməz. Bu yoldan dönmək olmaz.

«Araz» sezonun bəzəyi və yaraşığıdır. Avrokuboklara medalçı kimi vəsiqə qazanacaqlar.

Burada hamı birdir: Elmar Baxşıyev komandanı yumruğa çevirib.

Çempion ola bilməyəcəklər. Amma ikinci-üçüncü yeri sahibi qismində qitə arenasına yollanacaqlar.

Mən buna şübhə etmirəm və istənilən şəxslə mərc gəlməyə hazıram. Pulları kəsilməsin, Baxşıyev «Qəbələ»dən sonra onları da Avropaya tanıdacaq.

Heyət genişdir. Hər mövqedə rəqabət yaranıb. Çatışmayan bir hücumçudur, güman ki, Zaur Axundov gələn ay onu da alacaq.

Ramon Maçado irəli ucda tək qalmamalıdır.

Braziliyalı ehtiyat skamyada əyləşənin nəfəsini kürəyində hiss eləyəndə, tez «boşalır», hər oyunu yüksək səviyyədə keçirmir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
16 Dekabr 17:20 Rəşad və "Qarabağ"...