COP29

İndi hamı ondan danışır yenə - Bir kənara atılmışdı, “Araz” nəfəs verdi

09:50 Araz-Naxçıvan 858
İndi hamı ondan danışır yenə - Bir kənara atılmışdı, “Araz” nəfəs verdi

Elmar Baxşıyevin "Araz Naxçıvan"ı bu mövsüm hamını təəccübləndirməyə davam edir.

Bacarıqlı mütəxəssisin hədəflərinin böyük olduğu məlum idi.

Yayda yığıdığı heyətlə yüksək yerlə uğurunda mübarizə aparacağı gözlənilən idi.

Daha qış fasiləsinə qədər hətta çempionluq mübarizəsində olacağı heç kimin ağlına gəlməzdi.

Baxışyev özü də bu uğuru kasad heyət, bitdiyini düşündüyümüz bəzi futbolçularla edir.

Məsələn, Slavik Alxasov kimi.

Muxtar respublika təmsilçisinin uğurunda payı olanlardan biri də odur.

Həmin Alxasov ki, yayda hətta karyerasını bitirəcəyi ehtimal olunurdu.

Ən gözəl günlərini "Keşlə"də (indiki "Şamaxı") yaşayan müdafiəçi son 3 mövsümdə özünə bənzəmirdi.

Uğursuz "Sabah", "Zirə" macərasının ardınca yolunu "Turan Tovuz"dan salan 31 yaşlı futbolçu ötən mövsüm bölgə klubunda ehtiyat skamiyanın daimi sakini idi.

Amma Baxşıyev mövsümün əvvəli heç kimin gözləmədiyi halda qapılarını onun üzünə açdı.

Və bu gün Alxasov çalışdırıcının ümidlərini doğruldur.

Kasad heyətə sahib "Araz"a arxa xətt oyunçusu az kömək etmir.

Forma geyibdiyi 13 görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mövsümə ehtiyatda qüvvə kimi başlayan cinah oyunçusu tədricən əsas heyət üzvünə çevrilməkdədir.

Son 4 matçda start heyətində meydana çıxan "2 nömrə" tədricən köhnə günlərini yada salmağa başladığını demək olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti