Azərbaycan Premyer Liqasında "Araz Naxçıvan" rüzgarı davam edir.
Elmar Baxşıyevin komandası arxada qalan 17 turda aktivinə yazdırdığı 39 xalla ikinci pillədə qərarlaşıb.
Özü də doğma yurddan uzaq, azarkeş dəstəyi olmadan.
Böyük ehtimal bu mövsüm klubun Naxçıvana dönüşü reallaşmayacaq.
Bəs sona qədər azarkeş dəstəyi olmadan belə davam etmək mümkün olacaqmı?
Muxtar respublika təmsilçisinin əsas fiqurlarından biri olan braziliyalı Ramon Maçado Sportinfo.az-a açıqlamasında problem olmayacağını iddia edib:
"Xeyir. Məncə, sona qədər problem olmayacaq. Uzun müddətdir Bakıda qalırıq, burada oynayırıq.
Hər hansı sıxıntımız yoxdur. Naxçıvanı heç tanımıram.
Əlbəttə, öz azarkeşlərimiz önündə oynamaq istərdik. Bu, hər zaman xoşdur. Amma əlimizdə olan şey deyil".
XANOĞLAN