"Araz Naxçıvan"ın mövsümdə 10-cu qələbəsini Tovuzda qazandı.
"Kəpəz"in qonağı olan Elmar Baxşıyevin kollektivi hər hissədə vurduğu 1 qolla 3 xalı hesabına yazdıra bildi.
Bununla da Muxtar respublika təmsilçisinin məğlubiyyətsiz seriyası 13 oyuna çatmış oldu.
Amma nə qədər qəribə səslənsə də, qələbə və uğurlu seriyaya rəğmən futbolçular paltardəyişmə otağında de fakto klubda əsas söz sahibi olan Zaur Axundovdan təbriklə bərabər, tənqid də eşitmiş oldular.
Bunu Sportinfo.az-a müsahibəsində funksioner özün etiraf etmişdi.
Maraqlıdır, belə münasibəti futbolçular necə qarşılayıb? Ümumiyyətlə, belə gedişatda rəhbər şəxsdən tənqid eşitmək gözlənilməz olub?
Suallarımıza cavab olaraq komandanın braziliyalı forvardı Ramon Maçado bunları dedi:
"Birinci hissə önə keçmək üçün şanslarımız çox oldu. Amma yalnız 1 qol vura bildik. Yəqin ki, həmin səhvlərə görə narazı qalıb. Normal qarşıladım. Bütün komandalarda belədir. Rəhbər şəxs irad bildirə bilər".