"Yeni transferlərin olub-olmayacağı Elmar müəllimdən asılıdır".
Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Araz-Naxçıvan" klubunun əsas söz sahibi Zaur Axundov deyib.
Muxtar Respublika klubu əla mövsüm keçirir. 12 turdan sonra aktivində 24 xalı olan komanda lider "Qarabağ"dan cəmi 4 xal geri qalır.
Ehtiyatda 1 oyunun qaldığını nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq qapıda kimi görünür.
Görəsən, müsbət nəticələr qış transfer pəncərəsindən yeni transferlər üçün əlavə büdcənin ayrılmasına yol aça bilərmi?
Axundovu dinləyək:
"Açığı, qış fasiləsində yaxşı futbolçu tapmaq çətindir. Lakin biz baş məşqçinin qərarına baxacağıq.
Necə desə, o formada da davam edəcəyik. Ancaq onu da deyim ki, ehtiyat skamiyamız geniş olmasa da, yaxşı gənclərimiz var.
Bu gün Mustafa da özünü yaxşı tərəfdən göstərir. İnanıram ki, həmin gənclərin də bizə faydası dəyəcək".
XANOĞLAN