Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov növbəti dəfə «Araz-Naxçıvan»ın kollektivini mükafatlandırıb.
O, Premyer Liqanın 12-ci turunda «Neftçi»ni 1:0 hesabıyla üstələyən komandaya böyük miqdarda pul verib.
Axundov nə az, nə çox, düz 60 min manatından keçib.
Muxtar Respublika təmsilçisi «ağ-qaralar»ı Felipe Santosun yeganə qoluyla udub.
Bunun sayəsində «Araz» turnir cədvəlinin liderlər qrupunda mövqeyini bir qədər də gücləndirib.
SPORTİNFO.AZ