"Araz-Naxçıvan"ın doğma yurda qayıdışı hələ də uzanır. Kollektiv artıq ikinci mövsümü də Bakıda keçirməyə məhkumdur.
Prosesi yaxından izləyən futbolçulardan biri də Miço Kuzmanoviçdir.
O, artıq 2-ci ildi "Araz"da çıxış edir. Amma hələ də Naxçıvanda meydana çıxmaq ona müəssər olmayıb.
Görəsən, bu durum ona necə təsir edir? Heç olmasa turist kimi Naxçıvana getməyi, gəzməyi düşünür?
Əcnəbi yarımmüdafiəçini dinləyək:
"Bəli, bir müddətdir ki, buradayam. Hətta bir dəfə Naxçıvanda olmuşam və şəhərin gözəl olduğunu görmüşəm.
Təsəvvür edirəm Naxçıvanda oynasaydıq, hər şey daha da əla olardı. Bilirəm ki, azarkeşlərin bizə böyük dəstəyi olacaq.
Komanda olaraq ev oyunlarımızı təmsil etdiyimiz Naxçıvanda keçirməyin tərəfdarıyam. Amma bu klubdan asılı məsələ deyil.
Stadion təmir olunmali, tələblərə cavab verən səviyyəyə gətirilməlidir. Bu işdə bizə kömək etsələr, sevinərik.
Bilirik ki, orada yaşayan insanlar da yolumuzu səbirsizliklə gözləyirlər. Bunun reallaşacağına ümid edirəm".
XANOĞLAN / SPORTİNFO.AZ