COP29

Qara Qarayevə 1 dəqiqə də güvənmədi, səbəbini bu cür izah etdi

2 Noyabr 00:50 Araz-Naxçıvan 1 839
Qara Qarayevə 1 dəqiqə də güvənmədi, səbəbini bu cür izah etdi

Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 12-ci turunun "Neftçi" ilə oyunundan (1:0) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Yolumuza davam edirik. Düşünürəm ki, bu da bizim maksimumuz deyil. Oyun planında daha da artırmalıyıq.

- İlk yarıda dinamik, hücumameyilli oynasanız da ikinci hissədə bir az zəif göründüz. Hətta bir sıra dəyişikliklər də etdiniz. Amma bunun da nəticəsi olmadı....

- Futbolda elə qanun yoxdur ki, əvəzetmədən meydana daxil olan futbolçu oyunu dəyişməlidir. Birinci hissədə zədələnən oyunçumuz oldu, Bəxtiyar Həsənalızadə. Ona uyğun da rotasiyaya getməyə məcbur qaldıq. Çünki həmin mövqedə yerli olmadığı üçün əcnəbi futbolçumuzu meydana buraxdıq. İkinci hissə birinci hissədən daha çox epizodlara girdik. Sadəcə son nöqtəni qoya bilmədik.

- Qara Qarayev ehtiyat skamyada idi. Onu niyə oynatmadız?

- Qaranın durumu hamıya bəllidir. İki gün öncə mənim istəyimlə komandaya qoşulub. Günlər keçdikcə Qara komandamıza fayda verəcək.

- Psixoloji, yoxsa fiziki cəhətdən hazır deyil?

- Psixoloji durumu qaydasındadır. Keçmişlə yaşayacağıqsa, gələcəyə heç vaxt ümid olmayacaq. Onu başa düşür. Qaraya hər bir dəstəyi verməyə hazırıq. Qara təcrübəli futbolçudur. Yaxşı performansa çatacaq.

- Turan Vəlizadəyə göstərilən qırmızı vərəqəni haqlı sayırsız?

- İki sarı vərəqə ilə cəzalandırıldı. Cavan futbolçudur. Cavanlarda emosiya daha artıq olur. İki oyun epizodu idi. Daha təmkinli olmalıdır. Ona ümumi irad yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...