COP29

"Azərbaycana ilk gəlişimdə zədə mənə mane oldu, bu dəfə bacaracam"

19:00 Araz-Naxçıvan 193
"Azərbaycana ilk gəlişimdə zədə mənə mane oldu, bu dəfə bacaracam"

"Araz-Naxçıvan"ın braziliyalı yarımmüdafiəçisi Felipe Santos Premyer Liqanın 10-cu turunda "Şamaxı"nı məğlub etdikləri matç (1:0) haqda Sportinfo.az-a müsahibə verib.

- İkinci dövrəyə çətin qələbə ilə start verdiniz. Nələr deyə bilərsən?

- Süni ot örtüyü olduğu üçün bir az cətin oyun oldu. “Şamaxı” müdafiəyə üstünlük verən komandadır, ona görə də qol vurmaq bizim üçün çətin oldu.

- "Şamaxı" meydana ciddi itkilərlə çıxısa da qələbə asan başa gəlmədi. Bu, qələbəyə olan hədsiz arxayınlıqdan irəli gəlirdi, yoxsa rəqib imkan vermədi?

- Biz komandadakı hər bir oyunçuya güvənirik və özümüzə çox inanırıq. Ona görə də qalib gəlməyə çalışmamaq mümkün deyil. Hər oyuna rəqibdən asılı olmayaraq həmişə qalib gəlmək üçün çıxırıq.

- 5 oyunluq səssizlikdən sonra ardıcıl 4 görüşdü qolları sıralayırsan. Şəxsi performansındakı müsbət yüksəlişi nə ilə əlaqələndirirsən?

- Mən çox xoşbəxt bir dövrü yaşayıram. Özümü burada - "Araz"da evimdəki kimi hiss edirəm. İdarə heyəti, məşqçilər və oyunçular ilə gözəl münasibətim var. Bu isə meydanda özünü göstərir. Ümid edirəm ki, komandamıza vurduğum qollarla kömək etməyə davam edəcəm. Və bu yekundə bizim məqsədimizə çatmağımıza da bəs edəcək.

- Karyeranda bombardir olmaq təcrübəsi var?

Azərbaycanda ilk mövsümümdə bombardirlər cədvəlində liderləri arasında idim. Lakin 9 oyundan sonra aldığım zədə məni kənarda qoydu və liderdən 4 top geri qaldım. Ümid edirəm ki, bu dəfə bacaracam.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu