COP29

Premyer Liqa komandasında insident! - Baş məşqçi kimi günahkar çıxardı?

13:00 Araz-Naxçıvan 453
Premyer Liqa komandasında insident! - Baş məşqçi kimi günahkar çıxardı?

«Araz-Naxçıvan»da qalmaqal baş verib.

Hadisə məşq prosesinin gedişində qeydə alınıb.

Belə ki, Ürfan Abbasov legionerlərlə mübahisə edib. Mövsümlərarası fasilədə «Qəbələ»dən gəlmiş müdafiəçi əcnəbi komanda yoldaşlarıyla kəllə-kəlləyə gəlib.

Dava-dalaşın böyüməsinə digər oyunçular və Elmar Baxşıyevin köməkçiləri mane olub.

Baş məşqçi olayda Abbasovu günahkar sayıb. Bu səbəbdən «Şamaxı» ilə Premyer Liqanın səfər matçında ona start heyətində yer verməyib. Ürfan yalnız 60-cı dəqiqədə Slavik Alxasovun əvəzinə meydana daxil olub.

Təəssüf hissi ilə qeyd edək ki, bu Baxşıyevin komandasında yaşanan ilk belə hadisə deyil. Zaman-zaman bənzər insidentlər təkrarlanır. Təbii ki, bu, yaxşı hal deyil və istər-istəməz komandanın çıxışına mənfi təsir göstərəcək. Klub rəhbərliyi gözlənilən təhlükəni hiss etməkdədir. Ona görə də gündəlik məşqlərə nəzarətin gücləndirilməsinə lüzum görüblər. Hər hazırlıq prosesinin rəsmilərin iştirakıyla keçirilməsinə gərək duyulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor