COP29

Bölgə klubunda bir aylıq intizar başa çatır – Oktyabrın 26-da...

23 Oktyabr 23:20 Araz-Naxçıvan 145
Bölgə klubunda bir aylıq intizar başa çatır – Oktyabrın 26-da...

“Araz-Naxçıvan”da çətin günlər başa çatır.

Ev oyunlarını keçirdiyi “Liv Bona Dea”dan ayrı düşən Muxtar Respublika təmsilçisi tezliklə ora qayıdacaq.

Sentyabrın ikinci ongünlüyündə otun “müalicəsinə” görə təmirə bağlanan stadionda işlər başa çatmaq üzrədir. Yaxın 3-4 gün ərzində təmir işləri yekunlaşacaq.

Belə olduğu halda, gündəlik məşqlər üçün Buzovnadakı “Baku Sportinq Arena”ya sığınan “qırmızı-ağlar” Mərdəkana qayıdacaq, rəqiblərini də orada qəbul edəcək. Daha qapı-qapı stadion axtarmağa gərək qalmayacaq.

Maraq üçün bildirək ki, oktyabrın 25-də “Liv Bona Dea Arena”da qadınlardan ibarət Azərbaycan və Portuqaliya milli komandaları üz-üzə gələcək.

Bir gün sonra Premyer Liqanın 11-ci turu çərçivəsində “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM