COP29

Hakim qalmaqallı qərar verdi, 50 min qazandılar - VİDEO

10:40 Araz-Naxçıvan 146
Hakim qalmaqallı qərar verdi, 50 min qazandılar - VİDEO

«Araz-Naxçıvan» Premyer Liqanın 10-cu turuna qələbə ilə başladı.

«Şamaxı»nın qonağı olan Muxtar Respublika təmsilçisi Felipe Santosun 73-cü dəqiqədə vurduğu yeganə qolla 3 xal qazandı.

Bu nəticənin qeydə alınmasında Fərid Hacıyevin də «xidmət»i az olmadı. Belə ki, referi son dəqiqələrdə «ağ-qırmızılar»ı penalti qərarı verməməklə sevindirdi.

Həmin epizodda Leor Mikelsin qapı önünə ötürməsinin önünü əllə kəsən İqor Ribeyro qayda pozuntusuna yol vermişdi. Baş hakim bu fraqmantə göz yumaraq, Elmar Baxşıyev və komandasının qalibiyyətini rəsmiləşdirdi.

Klub rəhbərliyi bu münasibətlə kollektivi mükafatlandırıb. Məşqçi və futbolçulara ümumilikdə 50 min manat ödənilib.

Hakimlərin dəstəyini kürəyində hiss edən «Araz» hazırda 20 xala malikdir. Onlar mövcud göstəriciylə turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?