COP29

"Medalçılar sırasında qalmaq çətin olacaq, amma..."

25 Oktyabr 22:20 Araz-Naxçıvan 107
"Medalçılar sırasında qalmaq çətin olacaq, amma..."

Premyer Liqanın 10-cu turunda "Şamaxı"nı məğlub edən "Araz-Naxçıvan"ın (1:0) müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportinfo.az-a müsahibə verib.

- Qələbə barədə düşüncələrin necədir?

- Çətin oyun olacağını bilirdik. Birinci dövrədə də "Şamaxı"nı çətinliklə məğlub etmişdik. Birinci hissədə elə də yaxşı oynamadıq. Bəzi qol imkanlarını qaçırdıq. Şükürlər olsun ki, qələbə qazana bildik.

- Rəqibin heyətində ciddi itkilərlə vardı. İlk hissə zəif çıxış etdiyinizi dedin. Bəlkə, meydana asan qələbə ümidilə çıxmışdınız?

- Elə olduğunu düşünmürəm. Ciddi yanaşmağa çalışırdıq. Nə dərəcədə alındığını deyə bilmərəm. Sadəcə ilk yarını yaxşı keçirmədik. Rəqibin heyətində ciddi itkiləri olsa belə, yaxşı oyun keçirdilər. Bəzi qol epizodları da oldu. Şükürlər olsun ki, dəyərləndirə bilmədilər.

- İkinci dövrəyə də qələbə ilə başladınız. Medalçılar sırasında tədricən möhkəmlənə bilirsiniz. Sona qədər burada qalmaq mümükün olacaq?

- Təbii ki, çətin olacaq. Amma əlimizdən gələni edirik ki, üst pillələrdə qalaq. Bunun üçün oyunlara ayrı-ayrılıqda hazırlaşırıq. Nə dərəcədə alınacağını zaman göstərəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 18:10 Çək və bizə göndər!
25 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
25 Oktyabr 11:20 Siyasətin arzuları