COP29

Premyer Liqanın braziliyalı legioneri elə sürət yığdı ki...

21:00 Araz-Naxçıvan 207
Premyer Liqanın braziliyalı legioneri elə sürət yığdı ki...

"Araz Naxçıvan"ın Premyer Liqada məğlubiyyətsiz seriyası davam edir.

Birinci turda "Qarabağ"a məğlub olan (1:4) Muxtar respublika təmsilçisini sonrakı 8 qarşılaşmada durduran yoxdur.

Bunda Felipe Santosun xüsusi əməyi var.

Braziliyalı legioner vurduğu 4 qol və etdiyi 1 məhsuldar ötürmə ilə komandasına böyük fayda verib.

Ələlxüsus da son 4 qarşılaşmada "sambaçı" qarşısılanmazdır.

5 oyun davam edən "qol orucu"nu Tovuzda pozan 27 yaşlı futbolçu 4 görüşdü qolları sıralayır.

Həm də hava-su kimi vacib.

Felipenin "Turan Tovuz" (2:1), "Səbail" (3:2) və "Şamaxı"nın (1:0) qapısından keçirdiyi qollar komandasına 3 xal qazandırıb.

Masazırda "Sabah"ı məyus etdiyi görüşdə isə (1:1) "Araz" məğlubiyyətdən xilas ola bilib.

Onun uğurlu çıxışı bombardirlər cədvəlinə də ciddi sirayət edib.

İndi hücumçunu siyahıya 6 qolla başçılıq edən Cesse Sekidikadan cəmi 2 qol ayırır.

4 görüşdü komandasını çiyinlərində daşıyan "97 nömərə"nin bundan sonra sabitliyi qoruması qalır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti