COP29

Kef elə, “dayı”ya can qurban!

21 Oktyabr 14:40 Araz-Naxçıvan 1 769
Kef elə, “dayı”ya can qurban!

İlk həftələrdə «susan» Felipe Santosun «ayağı açılıb».

Ölkəmizdə daha əvvəl «Keşlə» və «Qəbələ»nin formasını geyinmiş braziliyalı vinger ardıcıl dörd turdur ki, meydanı qol vurmadan tərk etmir.

Bu, ən çox Elmar Baxşıyevi sevindirir. Niyə sevindirməsin, kifayət qədər yüksək maaş qarşılığında İsraildən Azərbaycana qaytardığı logioner onun rəhbərlik qarşısında məzəmmət olunmaqdan qurtarır.

Tək «sambaçı»mı? Əlbəttə, xeyr.

Hakimlər də «Araz-Naxçıvan»ın üst sıralardan qopmaması üçün sanki bir-birləriylə yarışır. «Ədalət təmsilçiləri»nin heç biri bu yarışmadan kənarda qalmaq istəmir.

Sağ olsun, Elxan Səmədov. Qardaşının yaxın dostu PFL-də işə gəlib-getməyə başlayandan sonra hakimlərin Baxşıyevin komandasına münasibəti yenidən dəyişib.

Səmədov nə vaxt ki xəstəxanada idi, yerindən qalxa bilmirdi, onlar da «Araz»ın baş məşqçinin əsəblərini tarıma çəkirdi. PFL-in prezidenti o binada təkrar görününcə, hakimlər dönüb oldu Baxşıyevin dostu.

Avam olmayın, elə bilirsiz ki, meydanın ortasında fit çalanların, meydanın kənarında bayraq qaldırıb endirənlərin Elmar bəydən ötrü gözü atır?

Allah kəssin bu qorxunu!

Səmədovun əlindəki rıçaqlardan istifadə edərək onları cəzalandırmaq potensialından xəbərdardırlar. Ona görə də «Araz-Naxçıvan»ın oyunlarına kim təyinat alırsa, ədalət hissinə lomba ilə tüpürür.

Elçin Məsiyevdən tutmuş, ta Əliyar Ağayevə, Fərid Hacıyevə kimi…

Öz aramızdır, belə yerdə «day-day»ın olması yaxşı şeydir, Elmar Baxşıyev, kef elə!

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti