COP29

Kapitan ehtiyatlı danışdı, itkiləri üstünlük saymadı, qələbə mesajı verdi -

13:40 Araz-Naxçıvan 112
Kapitan ehtiyatlı danışdı, itkiləri üstünlük saymadı, qələbə mesajı verdi -

Cari mövsümün sürpriz komandası “Araz-Naxçıvan” növbəti səfərə hazırlaşır.

İlk dövrədə keçirdiyi 8 oyunda yalnız bir məğlubiyyət alan naxçıvanlılar 1-ci turdan bu yana, yəni 7 oyundur məğlubiyyətin nə olduğunu bilmir.

Növbəti rəqib isə sıradan komanda deyil. Cari mövsümdə doğma meydanında məğlubiyyət acısı yaşamayan “Şamaxı”dır.

“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev Sportinfo.az-a qarşıdakı oyunla bağlı fikirlərini bildirib:

“Bu günə qədər rahat oyun olmayıb, olmayacaq da. Özünüz də görürsüz ki, çempionatda gərgin mübarizə gedir.

Bilirik ki, bu dəfəki rəqibimiz də kifayət qədər güclüdür. “Şamaxı” I Liqadan gəlsə də, çox yaxşı kollektiv formalaşdırılıb.

Bunu onların nəticələri sübut edir. Süni örtükdə oynamağımız hansısa mənada çətinlik yarada bilər.

İstənilən halda işimizə ciddi yanaşırıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Əsas odur ki, komandada əhval-ruhiyyə yüksəkdir”.

Şamaxılılar bu matçda əsas heyətin dörd üzvünün xidmətindən yararlana bilməyəcək. İlkin Muradov, Belajdi Pusi və Brahim Konte cəzalı, Vasiliye Bakiç isə zədəlidir.

Vadim rəqib düşərgədəki itkilərin “Araz-Naxçıvan” üçün üstünlük olmadığını düşünür:

“Cəzalı futbolçuların əvəzinə başqaları şans qazanacaq. Və həmin oyunçular özlərini baş məşqçiyə sübut etmək üçün əllərindən gələni edəcəklər.

Əksinə, bu fakt məsuliyyət hissimizi artırır. “Şamaxı”nın heyətində kimlərin yer alacağına yox, öz oyunumuza baxmalıyıq”.

Bu gün Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 15:30-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti