COP29

“Yəqin ki, bu, Azərbaycanda sonuncu qolum olmayacaq”

16 Oktyabr 23:40 Araz-Naxçıvan 514
“Yəqin ki, bu, Azərbaycanda sonuncu qolum olmayacaq”

“Mənim üzərimə düşəni işimə peşəkar yanaşmaqdadır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yay transferi Bernardo Dias deyib.

Mövsümlərarası fasilədə Muxtar Respublika təmsilçisi ilə 1 illik müqavilə imzalayan “Berni” ləqəbli portuqaliyalı yarımmüdafiəçi ümidləri doğrultmaq istədiyini bildirib:

“Bilirən ki, məni "Araz"a böyük ümidlərlə transfer ediblər. Hələ əsas heyət üzvünə çevrilmədiyimi görürəm.

Bunu nə ilə bağlayaram? Mən üçün əsas meydanda olanda komandaya ən yaxşısını verə bilməkdir.

Premyer Liqanın altıncı turunda “Kəpəz”ə 1:0 hesabıyla qalib gəldik. Həmin oyunda komandama 3 xal gətirən qolu mən vurdum.

Yəqin ki, bu, Azərbaycanda sonuncu qolum olmayacaq. Daha çox şans qazandıqca, qollarımın ardını gətirəcəm.”

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 17:40 Ölmə, eşşəyim, ölmə!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
16 Oktyabr 11:00 Görün, nə olacaq!
16 Oktyabr 03:00 II Liqa: Bunlar AÇIQLANDI