"Araz-Naxçıvan" bir günlük istirahətin ardından məşqlərini bərpa edib.
Sportinfo.az xəbər verir ki, əvvəlcə bu gün doğum gününü qeyd edən Urfan Abbasova kollektiv adından təbriklər çatdırılıb.
Kllubun icraçı-direktoru Eldəniz Yusubov tərəfinən üzərinə “300” yazılmış forma hədiyyə olunub.
Təcrübəli futbolçu VI turda “Kəpəz”lə baş tutan matçda Premyer Liqada 300-cü oyununu keçirib.
Daha sonra komanda isinmə hərəkətlərinə başlayıb, ardınca isə taktiki çalışmalar yerinə yetirib. Zədəli olan Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba məşqdə iştirak etməyib.
"Araz-Naxçıvan” Premyer Liqanın X turunda “Şamaxı” ilə qarşılaşacaq. Oyun oktyabrın 19-da, saat 15:30-da Şamaxı şəhər stadionunda keçiriləcək.