COP29

MÜƏMMA! Bu adam Santuşdan dəvət almaq üçün başqa nə etməlidir?

12 Oktyabr 21:20 Araz-Naxçıvan 6 287
MÜƏMMA! Bu adam Santuşdan dəvət almaq üçün başqa nə etməlidir?

Fernandu Santuşun Millətlər Liqasında Estoniya və Slovakiya yığmaları ilə görüşlər üçün dəvət göndərdiyi futbolçular arasında "Araz Naxçıvan"dan kimsəyə yer verilmədi.

Portuqalıya mütəxəssis İsveç və Slovakiya yığmaları ilə əvvəlki matçlarda da eyni addımla yadda qalmışdı.

Yalnız Elvin Camalovun zədələnməsindən sonra Muxtar respublika təmsilçisindən Vadim Abdullayevə dəvət göndərildi.

Uğurlu mövsüm keçirən "Araz"ın baş məşqçisi Elmar Baxşıyev isə saytımıza açıqlamasında qərarı şərh edərkən milli komandaya kömək edəcək gücdə yerli futbolçularının olduğunu bildirmişdi.

Təcrübəli mütəxəssisin iradı həqiqətən yerindədir.

Bu gün onun komandası meydana çıxdığı 8 turda yalnız 1 məğlubiyyət alıb.

Daim liderlər qrupunda olub. Amma diqqət görmür.

Məsələn, müdafiəçi Bəxtiyar Həsənalızadə niyə dəvət almır?

Millinin sabiq baş məşqçisi Canni De Byazi Bəxtiyarı davamlı ölkənin bir nömrəli komandasına çağırırdı.

Santuş isə fərqli qərar verir.

Halbuki 31 yaşlı arxa xətt oyunçusu bəlkə də karyerasının ən yaxşı mövsümünü keçirir.

Formada olan azsaylı yerlilərdən biridir.

Arxada qalan 8 matçın hamısında 90 dəqiqə meydanda olub.

Hansısa ciddi xətası olmayıb. "Araz" bu gün çempionatın ən sabit çıxış edən müdafiə xəttinə sahibdir.

Təcrübəli oyunçu öz zonasında faydalı çıxış etməyilə bərabər hücumdakı yoldaşlarına da dəstəyi az deyil.

Belə ki, "Araz"ın vurduğu 11 qoldan 3-də birbaşa iştirak edib.

"Səbail"lə matçda (3:2) özü fərqlənibsə, "Şamaxı" (1:0) və "Sabah"la (1:1) qarşılaşmalarda yoldaşlarına əla məhsuldar ötürmə verib.

Görəsən, Santuşun onu milliyə dəvət etməsi üçün başqa nə etməlidir?

XANOĞLAN/SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti