Bakı Olimpiya Stadionunun məşq meydançaları Premyer Liqa təmsilçilərinin ayıbını örtürdü.
Ötən mövsüm “Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz”, “Qəbələ”, hətta bəzi məqamlarda “Səbail” belə, həftəiçi məşqlər üçün buradakı qazonların xidmətindən yararlanırdı.
COP-29 tədbiri ilə bağlı BOS-un qapadılması, “Liv Bona Dea”nın isə təmirə bağlanması “Araz-Naxçıvan”ı çətin duruma salıb.
Muxtar Respublika təmsilçisinin rəsmiləri qapı-qapı gəzəndən sonra, nəhayət, çıxış yolu tapıb.
I Liqada mübarizə aparan “Baku Sportinq” rəhbərliyi naxçıvanlılara səxavət nümayiş etdirərək onları Buzovnada təmir etdikləri stadiona buraxıb.
Odur ki, “Araz-Naxçıvan” həftəiçi hazırlıqlarını burada keçmıəyə məcburdur. Ot örtüyü bərbad durumda olsa belə.
Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Premyer Liqanın 10-cu turunda səfərdə “Şamaxı”nın qonağı olacaq. Oktyabrın 19-da keçiriləcək qarşılaşma saat 15:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ