COP29

Şəhər rəhbərliyindən kluba qarşı biganə münasibət nəvaxtadək davam edəcək?

19 Oktyabr 23:00 Araz-Naxçıvan 220
Şəhər rəhbərliyindən kluba qarşı biganə münasibət nəvaxtadək davam edəcək?

"Araz Naxçıvan" kollektivinin Naxçıvan həsrəti davam edir.

Artıq ikinci mövsümdür. Premyer Liqada iştirak edən Muxtar respublika təmsilçisi ev oyunlarını Bakıda keçirməyə məhkumdur. Səbəb isə Naxçıvan şəhər stadionun hazırda yararsız vəziyyətdə olmasıdır.

Stadionla bağlı problem bir ay olar, bir il olar. Daha illərlə davam etməz axı.

Rəqibləri paytaxtda qəbul etmək klubda heç kimə xoş deyil.

Bunu klub rəhbərliyinin, məşqçilərin korpusunun və futbolçuların mətbuata açıqlamalarından aydın sezmək olar. Görünür, onlar da indiki şərtlər altında davam etməkdən bezib.

Axı komanda ev matçlarında səfər havası yaşayır. Boş tribunalar, bəzən daha çox qonaq komandanın azarkeşi qarşısında da ev oyunu olar?

Bu gün belə çətinliyə rəğmən Elmar Baxşıyevin komandası uğurlu nəticələr göstərir.

İlk dövrədən sonra aktivində 17 xalı olan "Araz" liderlər qrupunda qərarlaşıb.

Deməli, naxçıvanlı fanatların önündə futbolçular daha inamlı, daha mübariz olmaqla nəticələri də bir xeyli yaxşılaşdırmaq olar.

Həm də Naxçıvan klubu niyə Bakıda oynamalıdır axı?

Bu, idman prinsiplərinə də ziddir.

Gərək Naxçıvan Muxtar Respublikasının rəhbərliyi bu barədə düşünsün. Lazım olan addımları atsın.

Naxçıvan Futbol Federasiyası, Naxçıvan Gənclər və İdman Nazirliyi də məsələnin həlli üçün aktivlik göstərsin.

Bir stadionu təmir edib, oyunları qəbul etməyə hazır vəziyyətə gətirmək Naxçıvan Muxtar Respublikanın rəhbərliyi üçün problem olmamalıdır.

Yetər ki, onlar da məşqçi və futbolçular qədər Naxçıvana dönüşü düşünsünlər.

Böyük futbolun Naxçıvana qayıdışını arzulasınlar.

Naxçıvanlı azarkeşlərə biganə qalmasınlar.

Axı sevimli komandalarını canlı izləmək, dəstək olmaq, uğurlarında pay sahibi olmaq onların da haqqıdır.

Ümid edək ki, heç olmasa "Araz"ın uğurlu çıxışı Naxçıvan rəhbərliyinin hərəkətə gətirəcək. Klubun doğma şəhərə qayıdışı üçün lazım olan addımlar atılacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 23:20 Həzz dəqiqələri… BEŞ
19 Oktyabr 18:50 Çək və bizə göndər!
19 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 10:40 Bayılda səslənən SOS!
19 Oktyabr 08:20 Kimlər iş başına keçir?
19 Oktyabr 03:50 "Neftçi" pis başladı
19 Oktyabr 01:00 Azərbaycanda hesab - 9:0