COP29

Əcnəbi müsahibdən səmimi etiraf: "Sabah" buna mane oldu"

11:40 Araz-Naxçıvan 141
Əcnəbi müsahibdən səmimi etiraf: "Sabah" buna mane oldu"

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Miço Kuzmanoviç Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın 9-cu turunda "Sabah"la bərabərə (1:1) qaldınız. Qarşılaşmanı necə şərh edərdin?

- Maraqlı oyun oldu. Rəqibin yaxşı komanda olduğunu bilirdik. Çoxlu keyfiyyətli futbolçuları var. Bu səbəbdən də yaxşı görüş keçirdiyimizi düşünürəm.

- 4 oyunluq qələbə seriyasının davamını gətirməyə nə mane oldu?

- Məncə, güclü, yaxşı təşkilatlanmış rəqibimiz olan "Sabah" buna mane oldu. Onlar həqiqətən yaxşı komandadır və biz bunu bilirdik.

- Əsas rəqiblə matçda 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Geri dönüş edib qalib gəlmək şansımız var idi. Amma “Sabah”ın da şansları oldu. Düşünürəm ki, nəticə oyunun gedişinə uyğundur.

- Artıq 7 matçdı komanda uduzmur. Belə uğurlu seriyanı yaxaladığınız məqamda milli fasilənin yaranması komandaya necə təsir edə bilər?

- Düşünürəm ki, əvvəlcə yaxşı dincəlməyimiz vacibdir. Fasilədə isə əvvəlki kimi yaxşı ritmdə oynamağa davam etmək üçün daha da çox çalışacağıq.

- Birinci dövrəni 3-cü pillədə tamamladınız. Mövsüm sonu hansı pillədə olmağı arzulayırsan?

- Bu haqda danışmaq tezdir. Lakin biz oyundan-oyuna performansımızı artırmağa çalışırıq. Ona görə də mövsümün sonunda həqiqətən layiq olduğumuz yerdə olmağa çalışacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?