COP29

"Araz-Naxçıvan"da dörd futbolçu məşqə çıxmadı

11 Oktyabr 02:10 Araz-Naxçıvan 839
"Araz-Naxçıvan"da dörd futbolçu məşqə çıxmadı

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən "Araz-Naxçıvan" üzvləri məşqlərini bərpa edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fasilədən sonra ilk məşq yüngül təmrinləri yerinə yetirməklə keçib.

Vadim Abdullayev Azərbaycan, Kristian Avram isə Moldova millisinin düşərgəsində olduğuna görə, hazırlıq prosesinə qatılmayıblar.

Onlardan başqa, zədəli Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba komandaya qoşulmayıb.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 9 turundan sonra 17 xal toplayıb və sıralamada 3-cüdür. Komandanın ehtiyatda 1 oyunu da var.

Digər Xəbərlər
Xəbər Lenti