COP29

Azərbaycan klubunun legioneri dilə gəldi: "Bu, bizə mənfi təsir edir"

10 Oktyabr 17:00 Araz-Naxçıvan 2 365
Azərbaycan klubunun legioneri dilə gəldi: "Bu, bizə mənfi təsir edir"

Azərbaycan Premyer Liqasında birinci dövrə arxada qaldı.

Bu periodu uğurla keçirən klublardan biri də "Araz Naxçıvan" oldu.

Bir görüş az keçirən Elmar Baxşıyevin kollektivi aktivinə yazdırdığı 17 xalla üçüncü pillədə qərarlaşıb.

Komanda son 7 matçda məğlubiyyət tanımır.

Portuqaliyalı legioner Bernardo Dias isə düşünür ki, nəticələr daha da yaxşı ola bilərdi. Əgər komanda təmsil etdiyi Naxçıvanda ev oyunlarını keçirsəydi:

"Fikrimcə, belə vəziyyətlər komandamıza mənfi təsir edir, çünki biz əslində “evimizdə” oynamırıq. Normalda klubun evi azarkeşlərin gücü ilə ən güclü nöqtədir.

Bu seçimimiz olmadığından, bu halda daha az müsbət amillə uyğunlaşmalı və öz gücümüzü ortaya qoymalıyıq.

Əlbəttə, istərdik Naxçıvanda oynayaq, azarkeşlərimiz də bizi tribunadan dəstəkləsin, arena dolu olsun".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti