“Ata Caber maraqlandığımız futbolçulardan biri olub”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
Muxtar Respublika təmsilçisinin çalışdırıcısı ötən 2 mövsümdə “Neftçi”nin formasını geyinmiş yarımmüdafiəçi ilə anlaşdıqlarını, ancaq son anda başqa problemlərin üzə çıxdığını bildirib:
“Təəssüf ki, bizdən asılı olmayan səbəblərdən bu transfer baş tutmadı. Sırf futbolçudan qaynaqlanan məsələ idi.
Axtarışlarımız davam edir. Başqa variantlara baxırıq.
O, çempionatımızda çıxış etdiyindən oyununa bələd idik. Üstəlik, uyğunlaşma problemi yaşamayacağını düşünürdük.
Buna görə də həmin transferdə maraqlı idik. Meneceri ilə danışığımız olmuşdu.
Caber komandamıza keçmək üçün "okey" vermişdi. Arada “ön protokol” da imzalanmışdı.
Hər şey qaydasında gedirdi, son anda keçid baş tutmadı. Halbuki “ok" demisdi.
Axırda dedi ki, ailədaxili məsələləri var. Söylədi ki, yoldaşı hamilədir., onu tək buraxıb gələ bilməz".