COP29

“Qarabağ”a qonşu oldular, prezident 40 min manatından keçdi

17:00 Araz-Naxçıvan 647
“Qarabağ”a qonşu oldular, prezident 40 min manatından keçdi

Premyer Liqaya uğurlu start verən «Araz-Naxçıvan»ın futbolçularının qazancı artıb.

Son turda Sumqayıtda «Səbail»ə 3:1 hesabıyla qalib gələn Muxtar Respublika təmsilçisinə 40 min manat mükafat ayrılıb.

Bunu edən isə yenə Zaur Axundov olub. Naxçıvan Futbol Federasiyasının prezidenti tərəfindən oyunçuların hər birinə 1000 manat ödənilib.

Elmar Baxşıyevin çalışdırdığı kollektiv liqada 7 oyun keçirib və 16 xal toplayıb. Bölgə komandası bu göstərici ilə turnir cədvəlində ikincidir.

“Araz” lider “Qarabağ”dan cəmi 2 xal geri qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti