COP29

İddiasını ortaya qoyan klubdan NÖVBƏTİ TRANSFER AÇIQLAMASI

13:00 Araz-Naxçıvan 464
İddiasını ortaya qoyan klubdan NÖVBƏTİ TRANSFER AÇIQLAMASI

“Hazırda bəzi variantlara baxırıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Premyer Liqada yeni mövsümə əla start verən və liderlər qrupunda yer alan “ağ-qırmızılar” hələ transfer çalışmalarını yekunlaşdırmayıb.

Muxtar Respublika təmsilçisi heyəti gücləndirmək yönündə axtarışlarını sürdürməkdədir:

“Heyətimiz kasaddır. Yenə deyirəm, qarşıda uzun marafon var.

Futbolda cəza və zədədən qaçmaq mümkün deyil. Ona görə ehtiyat qüvvəmiz olmalıdır.

Yeni transferlərimizdən Karlos Jatoba “Qarabağ”la oyunda bizə kömək etdi, sonra məşq prosesində zədələndi və azı qışa qədər sıradan çıxdı.

Onun yoxluğu indi hiss olunur. Bizi qane edən futbolçu tapa bilsək, yəqin ki, heyətimizə cəlb eləyəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti