COP29

Portuqaliyalı rəqib tanımayan komandanın sirrini "Sportinfo"ya açıqladı

18:00 Araz-Naxçıvan 503
Portuqaliyalı rəqib tanımayan komandanın sirrini "Sportinfo"ya açıqladı

"Araz Naxçıvan"ın portuqaliyalı yarımmüdafiəçisi Benni Dias Premyer Liqanın 8-ci turunda "Səbail"i məğlub etdikləri matç (3:2) haqda Sportinfo.az-a müsahibə verib.

- Qələbəni necə şərh edərdin?

- Komanda olaraq birlikdə yaxşı bir qələbə əldə etdik. İlk hissədə yaxşı imkanlarımız olsa da qola çevirə bilmədik. Əvəzində ani diqqətsizlikdən qol buraxdıq. İkinci yarıya qələbə əzmi ilə çıxdıq. Qarşılığında komanda ruhu göstərərək oyunu xeyrimizə dəyişə bildik.

- Fasilədə baş məşqçi nələr dedi ki, oyunu dəyişə bildiniz?

- Meydandakı münasibəti dəyişməli və bir-birimizə inanmalı olduğumuzu dedi. İkinci hissə fərqli imic nümayiş etdirərək qələbə qazana biləcəyimizin mümkünlüyünə inandırdı.

- Birinci turda "Qarabağ" 0:4 uduzan "Araz Naxçıvan" sonrakı 6 turda qarşısıalınmazdır. Bunun sirri nədədir?

- Bunun sirri bizim birliyimizdir. Elə bir komanda ruhuna sahibik ki, heç vaxt təslim olmuruq. Bir-birimizə final fitinə qədər qələbə yolunda güvənirik.

- Son 3 turda ikinci dəfə vurduğun qol "Araz"a 3 xal qazandırır. Uğurlu çıxışda özünü qəhrəman hesab edirsən?

- Oyunda "Araz" adı qalib gəlir. Bura start heyətində meydana çıxanlarla bərabər, ehtiyatda oturanlar da daxildir. Qalib gələndə hamımız qalib oluruq. Əksində də hamımız günahkarıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti