“Mən indi o açıqlama ilə bağlı nəsə demək istəmirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
Mart ayından “ağ-qırmızılar”ı çalışdıran mütəxəssis bildirib ki, rəhbərliyin qərarı müzakirə olunmur:
“Mənim işim meydandakı nəticədə özünü göstərir və ondan asılıdır. Şükür ki, hələlik işlərin gedişi bizi qane edir.
Ancaq arxayınlaşmaq, rahatlaşmaq olmaz. Əksinə, digər rəqiblərimiz bizə qarşı daha əzmlə mübarizə aparacaq”.
Bu yerdə Naxçıvan Futbol Federasiyasının sədri Zaur Axundovun iyulun sonunda verdiyi açıqlamanı bir daha xatırlatmaq lazımdır.
O, qardaşı Ramin Axundovun prezidenti olduğu "Araz-Naxçıvan"dan danışıb. Və baş məşqçi Elmar Baxşıyevə 2 ay vaxt verdiyini bildirib.