COP29

“İnkişaf etməli, səhvlərimizi azaltmalıyıq, bacarsaq, uğur qazanacağıq”

27 Sentyabr 14:40 Araz-Naxçıvan 356
“İnkişaf etməli, səhvlərimizi azaltmalıyıq, bacarsaq, uğur qazanacağıq”

“Bunu bacarsaq, uğur qazanacağıq”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında belə deyib.

Muxtar Respublika təmsilçisi cari mövsümə əla başlayıb. Premier Liqada 6 oyun keçirən “ağ-qırmızlar” 13 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Baxşıyev uğurlu çıxışın ardını gətirmək istədiklərini bildirib:

“Ümumi götürəndə, işlərimiz hələ ki, planlaşdırdığımız kimi gedir. Mehriban, mübariz komandamız var.

Hər kəs çalışır ki, komandanın bir parçası olsun, xeyir versin. Amma çempionat da uzun marafondur.

Biz hələ cəmi 6 oyun keçirmişik. Qarşıda isə çempionatda 30 matçımız var.

Bura Azərbaycan kubokunun oyunları da əlavə etsək, deməli, situasiya fərqli ola bilər. Bizi əsas düşündürən hər həftə keçirəcəyimiz oyundur.

Artıq “Səbail”lə matç haqda fikirləşirik. Oyundan-oyuna artırmalı, inkişaf etməli, səhvlərimizi azaltmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti