COP29

Baş məşqçi və heyət dəyişdi, büdcə artdı, bəs hədəf? - AÇIQLAMA

26 Sentyabr 22:20 Araz-Naxçıvan 1 685
Baş məşqçi və heyət dəyişdi, büdcə artdı, bəs hədəf? - AÇIQLAMA

“Araz-Naxçıvan”dakı ab-hava ötənilki atmosferdən kəskin fərqlənir.

Keçən il komanda elitaya yeni yüksəlmişdi, kollektiv tələm-tələsik yığılmışdı, baş məşqçi Premyer Liqada debüt mövsümünü keçirən Azər Bağırov idi, büdcə də bugünkü qədər deyildi.

İndiki vəziyyət 180 dərəcə dəyişib.

Odur ki, Muxtar Respublika təmsilçisinin başında duranların iştahası artıb.

Artıq oyunlar zaman klub rəhbərliyi tribunada 2-3 şəxslə yox, 5-10 nəfərlə təmsil olunur. Və açıq-aşkar hiss olunur ki, naxçıvanlıların məqsədi mayda avrokuboklara vəsiqəni bayram etməkdir.

Komandanın aparıcı simalarından olan bosniyalı vinger Miço Kuzmanoviç Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın hədəflərindən söz açıb:

“Razıyam, çempionata yaxşı başlamışıq. Hələ ki, işlər istədiyimiz qaydada gedir. Ancaq indidən 7 ay sonranı düşünmək üçün tezdir.

Biz hər qarşıdan gələn oyuna baxırıq, ona hazırlaşırıq. 3, yaxud 5 tur sonra harada olacağımızı fikirləşmirik.

Bu şəkildə davam etsək, hazırlıq səviyyəmizi qoruyub-saxlasaq, mövsümün sonunda yaxşı yerlərdən birində qərarlaşacağımızı düşünürəm. Avrokuboklara vəsiqə olacaq, ya olmayacaq, bunu yekunda görəcəyik.

Bu gün üçün hədəfimiz, dediyim kimi, hər növbəti oyundan qələbə ilə ayrılmaqdır”.

7 turdan sonra aktivində 13 xal olan “Araz-Naxçıvan” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti