COP29

Həkimlər sabiq “Neftçi"li oyunçunun xanımına qadağa qoydu, transfer "düyünə düşdü"

25 Sentyabr 11:40 Araz-Naxçıvan 2 223
Həkimlər sabiq “Neftçi"li oyunçunun xanımına qadağa qoydu, transfer "düyünə düşdü"

Ötən mövsümün sonunda “Neftçi"dən ayrılan Ataa Caberin Azərbaycana qayıdışı problemə dönüb.

İki aydır klubsuz qalan yarımmüdafiəçi "Araz-Naxçıvan"la müqavilə imzalamağa razılaşıb, fəqət, hələ də bura gəlib çıxmayıb,

Fələstin yığmasının üzvü xanımının hamilə olmasını əsas gətirərək, Bakıya uçuş biletinin vaxtını yenidən dəyişib.

Orta sahə oyunçusu həyat yoldaşını bu vəziyyətdə tək buraxmaq istəmədiyini bildirib.

Qadının «hava gəmisi» ilə səyahət etməsi isə mümkün deyil. Çünki həkimlər bunu ona qadağan edib.

Caber yalnız övladının dünyaya gəlməsindən bir müddət keçmiş Bakıya gələ biləcəyini söyləyib.

Ataa 2022-2024-cü illərdə "Neftçi"də çıxış edib. "Ağ-qaralar"ın heyətində meydana çıxdığı 58 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar