COP29

Təhlükə sovuşdu, işə davam - Başının üstündəki qara buludları dağıtdı

22 Sentyabr 23:20 Araz-Naxçıvan 1 339
Təhlükə sovuşdu, işə davam - Başının üstündəki qara buludları dağıtdı

Hazırkı «Araz-Naxçıvan» ötən mövsümün ilk yarısını xatırladır bizə.

Premyer Liqaya Azər Bağırovla dönən komanda bu ilin əvvəlinədək necə gözəl təsir bağışlayırdı, yadınızdadır da.

Həmin «Araz» bu gün Elmar Baxşıyevlə yüksələn qrafik cızır.

Tovuzdan 3 xalla döndülər. Bununla yeni cığır açdılar. «Turan»ı cari mövsüm Tovuzda hələ məğlub edən olmamışdı.

Demə, bu, o qədər də çətin məsələ deyilmiş, Baxşıyev göstərdi.

«Araz» mövsümə fərdi keyfiyyəti yüksək bir neçə yeni oyunçu ilə başlayıb. Felipe Santos Azərbaycanda formasını geyindiyi üçüncü klubda da qol hesabını açdı.

Braziliyalı vinger cərimə zərbəsindən ağıllı istifadə etdi, qələbə qazandırdı.

«Araz» Tovuzda dinamik mübarizə apardı. Heç kim yatmadı. Bir nəfər yuxulasaydı, qələbə də olmayacaqdı.

Elmar Baxşıyev transfer bazarında üstünlüyü öncədən tanıdığı legionerlərə verib əsasən.

Ramon Maçadonu qeyd etmək kifayətdir. Vaxtilə «Neftçi» və «Qəbələ»nin şərəfini qorumuş hücumçu «Araz»da özünü elə sərbəst hiss edir, sanki illərdir buradadır.

Fikrimizcə, baş məşqçi ilə bağlı suallar artıq gündəmdən yığışmalıdır. Elmar Baxşıyevin başının üstündən domokl qılıncıtək asılan «2 aylıq möhlət» söhbəti bağlanmalıdır.

Yetərincə yaxşı işlər görməkdədir, çalışmağa da davam etməlidir. Bu haqqı o, Tovuzda qazandı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti