COP29

SON DƏQİQƏ: Bakıda bu stadionun qapıları bağlandı

21 Sentyabr 19:00 Araz-Naxçıvan 2 436
SON DƏQİQƏ: Bakıda bu stadionun qapıları bağlandı

“Araz-Naxçıvan” “Səbail”i öz meydanında qəbul edə bilməyəcək.

Buna səbəb Muxtar Respublika təmsilçisinin rəqiblərini qəbul etdiyi “Liv Bona Dea Arena”nın təxminən bir aylıq təmirə bağlanmasıdır.

Sözügedən stadionun ot örtüyündə renovasiya işləri aparılacağından, “qırmızı-ağlar” Premyer Liqanın 8-ci turunda ev sahibliyini başqa stadionda etməlidir.

“Araz-Naxçıvan” mümkün stadionun adını qısa müddətdə Peşəkar Futbol Liqasına təqdim etməlidir.

Paytaxtda arena tapılmasa, “Səbailə ev-səfər görüşlərinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət olunacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti