COP29

“Kiçik bir adada yaşayırdıq” – Bakıya qayıdan braziliyalının başına gələnlər

18 Sentyabr 20:40 Araz-Naxçıvan 809
“Kiçik bir adada yaşayırdıq” – Bakıya qayıdan braziliyalının başına gələnlər

2023-cü ildə “Qəbələ” ilə Azərbaycan kubokunu başı üzərinə qaldıran braziliyalıların hamısı bölgə təmsilçisini tərk etmişdi.

Ruan Renato “Zirə”ylə anlaşsa da, Felipe Santos İsrailə, Rafel Utziq Koreyaya, Ramon Maçado Malayziyaya üz tutmuşdu. Təbii ki, daha yaxşı pul qazanmaq niyyəti ilə.

Cəmi 6 aydan sonra, yəni bu ilin yanvarında Utziq “Zirə”də Renatoya komanda yoldaşı oldu, Felipe ilə Ramon isə “Araz-Naxçıvan”la anlaşdılar.

Maçado Sportinfo.az-a açıqlamasında Azərbaycana dönüşünün səbəblərini gizlətməyib:

“Malayziya klubu “Sabah”da işlərim pis getmirdi. Mütəmadi oynayır, qollar vururdum.

Asiya Konfedrasiyalar Kuboku çərçivəsində Avstraliya, Vyetnam, İndoneziya kimi ölkələrə səfər etmişdim. Futbol tərəfindən problem yox idi.

Sadəcə, ailəm yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirdi. Kiçik bir adada yaşayırdıq.

Orada şəhər mühiti yox idi. Braziliyadan gələn ailə üçün ora uyğunlaşmaq çox çətindir.

Xüsusən yeməklərə alışmaq baxımından problemlə üzləşirdik. Ümumiyyətlə, Asiya ölkələrində çox şey fərqlidir.

Ona görə də “Araz-Naxçıvan”ın təklifini qəbul edib Azərbaycana qayıtdıq. Burada xoşbəxtik”.

Naxçıvan təmsilçisinə qədər “Neftçi” və “Qəbələ”nin şərəfini qorumuş 33 yaşlı hücumçu Azərbaycan klublarının heyətində bütün yarışlarda meydana çıxdığı 70 oyunda 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!