COP29

Sabiq “Neftçi”li legionerin Azərbaycana qayıdışı qadına görə yubanırmış...

18 Sentyabr 14:00 Araz-Naxçıvan 1 419
Sabiq “Neftçi”li legionerin Azərbaycana qayıdışı qadına görə yubanırmış...

Ютян мювсцмцн сонунда “Neftçi"dən ayrılan Ataa Caber bu gün Azərbaycana təşrif buyuracaq.

İki aydır klubsuz qalan yarımmüdafiəçi "Araz-Naxçıvan"la müqavilə imzalayacaq.

Anlaşmanın müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Fələstin yığmasının üzvü, əslində, ötən həftə bura gəlməli idi.

Həyat yoldaşı hamilə olduğu üçün dönüşü yubanıb. Muxtar Respublika təmsilçisindən icazə istəyən orta sahə oyunçusu xanımının yanında qalıb.

Ataa Caber 2022-2024-cü illərdə "Neftçi"də çıxış edib. "Ağ-qaralar"ın heyətində meydana çıxdığı 58 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!