COP29

Udduqları rəqibə tərif yağdırdı, konkret ad çəkdi

15 Sentyabr 22:05 Araz-Naxçıvan 1 392
Udduqları rəqibə tərif yağdırdı, konkret ad çəkdi

“Uğurlu nəticələrin davamını gətirmək istəyirdik deyə, bu qələbə bizim üçün çox vacib idi”.

“Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçado Sportinfo.az-a açıqlamasında komandasının “Kəpəz” üzərində qazandığı qələbəni şərh edib.

Mövsümün ilk matçında “Qarabağ”a məğlub olan Muxtar Respublika təmsilçisi son 4 oyunda aktivinə 10 xal yazdırmağı bacarıb.

Braziliyalı qələbənin asan başa gəlmədiyini düşünür:

“Kəpəz” autsayder olsa da, çox yaxşı rəqibdir. Pressinq edir, hücumlara çıxır.

Bilirdik ki, hər an təhlükə yarada bilərlər. Bunu bir daha göstərdilər.

Baş məşqçiləri (Azər Bağırov) ötən mövsüm “Araz-Naxçıvan”da işlədiyindən, futbolçularımızın bəzilərini yaxşı tanıyır,

komandamızın nəyə qadir olduğunu bilir. Çünki bu kollektivin içində olub.

Belə oyunlarda ələ düşən ən kiçik imkanı belə qola çevirmək lazımdır. Yaxşı ki, lazım olan qolu vurub qələbə qazandıq. Fikrimcə, qələbəyə layiq idik”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!