COP29

"Neftçi"nin sabiq kapitanı baş məşqçi işləməkdən imtina etdi

17 Sentyabr 21:20 Araz-Naxçıvan 3 256
"Neftçi"nin sabiq kapitanı baş məşqçi işləməkdən imtina etdi

Azərbaycan millisinin sabiq üzvü Rail Məlikov baş məşqçi kimi çalışmaqdan imtina edib.

Ona belə bir təklif "Araz Naxçıvan" rəhbərliyindən gəlib.

Veteran müdafiəçiyə U-19 komandasının baş məşqçisi olmaq təklif edilib.

Lakin Məlikov bundan imtina edib.

Əsas səbəb isə onun aşağı yaş qrup uşaqlarla işləmək istəməməsi olub.

Ötən mövsüm Azər Bağırovun məşqçilər korpusunda yer alan gənc mütəxəssis bu mövsümün əvvəlindən klubun skautinq şöbəsində çalışır.

Rail Məlikov "Bakı"nın yetirməsidir. Karyerası ərzində "Neftçi", "Qəbələ", "Sumqayıt", AZAL və "Keşlə"də (indiki "Şamaxı") forma geyinib. Türkiyənin "Dənizlispor" klubunda legioner həyatı yaşayıb.

Azərbaycan millisində 40 oyunda forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM