COP29

"Desəm ki, bu, işimizə mane olmur, yalan demiş olaram"

10 Sentyabr 22:20 Araz-Naxçıvan 536
"Desəm ki, bu, işimizə mane olmur, yalan demiş olaram"

Premyer Liqada yaranmış iki həftəlik fasilədən istifadə edən "Araz Naxçıvan" digər elita təmsilçisi "Sumqayıt"la yoxlama matçında üz-üzə gəlib.

"Kapital Bank Arena"da baş tutan qarşılaşma "qırmızı-ağlar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdan sonra qonaqların baş məşqşisi Elmar Baxşıyev Sportinfo.az-a müsahibə verib.

- Nəticəyə əsasən yoxlama görüşündə bütün istədiklərinizi meydanda sınaya bildiyinizi demək olar?

- İlk olaraq "Sumqayıt" komandasına təşəkkür edirəm ki, yaranmış boşluqda bizə oyun üçün razılıq verdilər. Nəticə baxımından yox, oyun baxımından hər iki tərəf üçün də faydalı oldu.

- Sınaq matçı da olsa belə, irihesablı qələbə növbəti oyunlar öncəsi əhval ruhiyyəni qaldıracaqmı?

- Əsas nəticə yox, futbolçuların meydandakı yaxşı işləri bizi sevindirir. Daha çox kollektivin uyğunlaşması baxımından qarşılaşma faydalı idi.

- Hazırkı "Araz" formalaşdırmaq istədiyiniz komandanın neçə faizidir?

- Faizlə dəyərləndirməzdim. Lakin özünüz də görürsüz ki, iki gün öncə yeni futbolçu gəldi. Hələ formalaşma prosesi gedir. Müəyyən zamana ehtiyac olduğunu hamımız bilirik. Komandanın bizə ötürdüyü siqnalları hiss edirik. Düşünürəm ki, daha yaxşı olmaq imkanımız var.

- Müxtəlif meydançalarda hazırlıq keçməli olursunuz. Son olaraq isə Buzovnada yerləşən stadiona sığınmısınız. Oranın da örtüyü bildiyimiz qədərilə yaxşı deyil. Bu problemlər işinizə nə kimi çətinlik yaradır?

- Desəm ki, mane olmur, yalan demiş olaram. Əlbəttə, oyun keyfiyyətini artırmaq istəyirsənsə, ilk öncə yaxşı stadiona sahib olmalısan. Düşünürəm ki, bu çətinliklər də bizi seçdiyimiz yoldan geri çəkməməlidir. Kollektiv çox çalışqandır, istəklidir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?