COP29

Premyer Liqada hələ çoxlarının “başını əzəcəklər”!

1 Sentyabr 11:55 Araz-Naxçıvan 2 314
Premyer Liqada hələ çoxlarının “başını əzəcəklər”!

Ötən yay hamıdan gec yığılan və mövsümə ildırım sürəti ilə başlayan, aylar ötdükcə enişə keçən «Araz-Naxçıvan» bu yay yenidən «süzgəc»dən keçdi.

Elmar Baxşıyev düşərgəni ələk-vələk etdi.

Göndərdiyini göndərdi, gətirdiyini gətirdi. Əsasən öncədən tanıdığı isimlərə qapı açdı. Bu güvən yavaş-yavaş oyunda və nəticədə öz əksini tapmadadır.

Yönətimdən iki aylıq möhlət almış «Araz» axır 2 turda qəşəng görünür. «Neftçi»ni udmalı idilər,

Kristian Avramın son dəqiqədə bir yanlış hərəkətindən dolayı 1 xalla kifayətləndilər. Sonuncu hesabat həftəsində isə Sumqayıtdan qalibiyyətlə döndülər.

Bu, elə-belədən olmadı. Elmar Baxşıyev hazırda köçürmə edir - ağlındakı «Araz»ı yaratmaq yönündə durmadan çalışır.

Felipe Santos və Ramon Maçadonun transferi ilə niyyətinin yarısı hissəsini artıq həyata keçirib. Həm bu cütlük, həm də digər legionerlər bu mühütə alışandan sonra daha fərqli «Araz» izləcəyimiz şübhəsizdir.

Sumqayıtda onun konturlarını gördük, özü də epizodik yox.

Baxşıyev hücum futbolunun tərəfdarıdır və hiss olunur ki, xidmətindəkilər onun tapşırıqlarını icra etməkdən zövq alırlar. «Hərə özü üçün», «kim nə bacardı, eləsin» dövrü geridə qalmaqdadır.

Yenilənən «Araz» yumruğa çevrilməkdədir, irəlidə hələ çoxlarının başını əzəcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM