"Araz Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevə görə AFFA-ya apellyasiya şikayəti verib.
Bu barədə klubdan məlumat almışıq.
Bildirilib ki, AFFA-ya bu həftə apellyasiya şikayəti ünvanlanıb.
Müraciətdə Baxşıyevin cəzasının azaldılması istənilib.
Xatırladaq ki, AFFA İntizam Komitəsi təcrübəli mütəxəssis barədə ağır qərar çıxarıb.
Belə ki, Premyer Liqanın 4-cü turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində Baxşıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb.
Bundan başqa çalışdırıcıya görə kluba əlavə 4000 manat cərimə təyin edilib.
XANOĞLAN / SPORTİNFO.AZ