COP29

"Bizim üçün siqnal oldu" - Rasim Ramaldanov

30 Avqust 22:30 Araz-Naxçıvan 483
"Bizim üçün siqnal oldu" - Rasim Ramaldanov

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin məşqçisi Rasim Ramaldanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sumqayıtda oynamaq həmişə xoşdur. Dinamik və hücum futbolu oldu. Futbolçularımıza təşəkkür edirəm, yaxşı oynadılar. Qoldan sonra bir az geriyə çəkildik. Bəzi şeylər alınmırdı. Amma qələbə həmişə yaxşıdır.

- Hesabda önə keçəndən sonra sanki komanda arxayınlaşır. Bunun səbəbi nədir?

- Bu, bizə siqnal oldu. Komanda qol vurandan sonra müdafiəyə oturur. Vaxtımız var. Bunun üzərində işləyəcəyik. Qoldan sonra da dinamik futbol oynamağa çalışacağıq.

- Milli fasilə komandaya necə təsir edəcək?

- Yaxşı və ya pis olacağı bilinmir. Nöqsanlarımız çoxdur. Yeni oyunçular bir-birinə uyğunlaşmayıblar. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq. Fasilə bizim xeyrimizə olacaq.

- Qarşınıza hansı hədəf qoyulub?

- Konkret hədəf qoymayıblar. Amma biz bacardığımızın ən yaxşısını etmək istəyirik. Avrokuboklara vəsiqə alınsa, lap yaxşı olar. Alınmasa da, yolumuza davam edəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti